Azərbaycanda yeni zibil poliqonları yaradılır
Tullantılarla bağlı ölkə üzrə səkkiz regional poliqonun yaradılması planlaşdırılır”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.
O qeyd edib ki, onlardan bir neçəsi ilə bağlı işlərə başlanılıb:
“Həmin poliqonlarda daşınacaq ötürücü stansiyaların yaradılması nəzərdə tutulub. Ərazilərin müəyyən olunması ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir”.