"Bu Beynəlxalq Bank lap başını itirib!"
Bu Beynəlxalq Bank lap başını itirib! Debet kartımın vaxtı bitib, dəyişməyə getmişəm, deyirlər ki, "yeni qaydalarımıza əsasən kart verə bilmərik".
Çünki mənim hesabıma digər banklarda xidmət olunan şəxslərdən vəsait daxil olur. Beynəlxalq Bankın kartını istəyirəmsə, gərək mənə pul ödəyənlər də onun xidmətinə keçsin! Heç bu bankın inhisarçı dövründə belə cəfəng yanaşma yox idi! Özlərini nə hesab edirlər görəsən? Belə vəziyyətdə müştəri təbii ki, bankı dəyişir, vəssalam! Başqa sözlə, Beynəlxalq Bank olan-qalan müştərilərini də itirəcək. Yəqin özəlləşməyə bu yolla hazırlaşırlar...
P.S. Əvvəl düşündüm ki, bəlkə bu qaydanı sırf mənə münasibətdə tətbiq edirlər)) Amma tanışlardan soruşanda dedilər ki, indi bilirsən, biz artıq çoxdan belə şeylərə görə bu banka "давай, до свидания!" demişik!
- Eləcə də bax: Məşhur milyarderdən 17 müdrik - MƏSLƏHƏT