ÜST: Dünya fəlakətə bərabər mənəvi uğursuzluğun astanasındadır
İndiyədək dünyanın 49 zəngin ölkəsində koronavirusa qarşı 39 milyon doz peyvənd olması müqabilində ən yoxsul ölkələrin birində cəmi 25 nəfərə peyvənd vurulub.
“ENA” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın icraçı komitəsinin sessiyasında bildirib.
“Açıq deməliyəm, dünya fəlakətə bərabər mənəvi uğursuzluğun astanasındadır və bu uğursuzluq dünyanın ən yoxsul ölkələrində yaşamaq və güzəran bahasına başa gələcək”, - deyən təşkilat rəhbəri hazırda müxtəlif ölkələrin sakinlərinə bərabər peyvənd imkanlarını təmin etmək planlarının ciddi təhlükə altında olduğunu vurğulayıb.
“Zəngin ölkələrdə daha gənc və sağlam şəxslərin yoxsul ölkələrdəki səhiyyə işçilərindən və yaşlı insanlardan əvvəl peyvənd olunmaları düzgün deyil”, – deyə təşkilat rəhbəri indiyədək milyonlarla doz dərman sifariş etmiş qabaqcıl ölkələri həmin dərmanların bir hissəsini kasıb ölkələrlə paylaşmağa çağırıb.