Lavrov: "Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur"
“Dağlıq Qarabağın müstəqilliyi heç kəs tərəfindən tanınmayıb. Onu Ermənistan belə tanımayıb".
“ENA” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən deyib.
“Bizim ümumiyyətlə Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı fikrimiz yoxdur”, - o vurğulayıb.
Telegram-dan izləyin! https://t.me/s/enaxeber