Sahibkarlar istifadə etdiklər kassa aparatlarını tullayıb yenisini almalı olacaqlar
Vergi Məcəlləsinə təklif olan dəyişikliklər istər sahibkarı istərsədə vətəndaşı maddi itkilərə məruz qoyacaq. İlk öncə Nəzarət-kassa aparatları barədə.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər qüvvəyə mindikdən sonra sahibkarlar hazırda istifadə etdikləri kassa aparatlarını TULLAYIB yeni nəzarət-kassa aparatı almaq məcburiyyətində qalacalar. Çünki müəyyən kriteriyalara cavab verən pərakəndə ticrət və ictimai iaşə obyektləri öz fəaliyyətlərini elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirməlidirlər.
Təklif edilən dəyişiklik isə aşağıdakı kimidir:
Maddə 16. Vergi ödəyicisinin vəzifələri
16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək:
Hesab edək ki, sahibkar köhnə kassa aparatını istifadədən çıxardı (tulladı) və yeni nəzarət-kassa aparatı əldə etdi. Bu halda sahibkar ziyana düşür.
Bəs bu xərci necə konpensasiya edəcək?
Mən Vergilər Nazirliyinə bu məzmunda ünvanlanan sualın cavabını indidən yazıram:
Yeni maddi hüquq normasının tətbiqi nəticəsində istismardan cıxarılmış əşyanın (aktivin) dəyərinin vergi tutulan gəlirdən cıxılması Qanunvericilikdə nəzərdə tutulmamışdır.
Sahibkar da məcbur qalıb satdığı malın dəyərini qaldıracaq və olan sadə vətəndaşa olacaq.
Vəli Əliyev
Vergi üzrə ekspert