Kart məlumatlarının oğurlanması ilə bağlı - XƏBƏRDARLIQ
Dələduzlar bankların logo və adlarından istifadə etməklə oxşar səhifələr yaradır və kart məlumatlarını ələ keçirirlər.
"ENA" xəbər verir ki, bununla bağlı Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi xəbərdarlıq yayıb.
Bildirilir ki, kart məlumatlarınızın oğurlanmasının qarşısını almaq üçün aşağıdakı məqamlara diqqət etməlisiniz:
-Heç bir halda kartın arxa tərəfində qeyd olunan CVV kodu kənar şəxslərə bildirməyin. Bunu sizdən heç bank işçisi də tələb etməz;
- Kartın arxa tərəfində olan CVV kod ancaq onlayn ödəniş etmək və ya balansdan başqa karta pul göndərmək üçün istifadə olunur.
- Kimsə sizə pul göndərirsə heç bir halda ona CVV kod lazım deyil;
- Telefona gələn 4 rəqəmli OTP kodu kənar şəxslərə bildirməyin. OTP kod göndərilən sms-də xərcin təyinatı ve xərclənəcək məbləğ barədə məlumat olur. Bu məlumatlara diqqət edin;
-Kart məlumatlarını ələ keçirmək üçün bankların logo və adından istifadə edərək oxşar saytlar yaradılır. Onlayn ödənişlər həyata keçirdikdə daxil olduğunuz sayta diqqətlə baxın. Rəsmi sayt olduğundan əmin olun. Aşkar olunan saxta saytlardan birinə nümunə olaraq kapitalaze.com saytını qeyd etmək olar.
Telegram-dan izləyin! https://t.me/s/enaxeber