Azərbaycanda koronavirusun ən çox yayıldığı ərazilər: yeni siyahı açıqlanıb
Azərbaycanda COVID-19 infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
ENA.az xəbər verir ki, Bakıda virusa yoluxanların sayı 52,2% təşkil edir. Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazi də məlum olub. Belə ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb. Bu rəqəm Binəqədidə 15% təşkil edir.
Sonrakı yerlərdə 13,1%-lə Xətai, 12,2%-lə Yasamal, 10,8%-lə Sabunçu, 8,2%-lə Nərimanov və Suraxanı, 7,8%-lə Nəsimi, 7%-lə Nizami, 6,8%-lə Xəzər, 5,4%-lə Qaradağ, 5%-lə Səbail, 0,5%-lə isə Pirallahı qərarlaşıb.
Yoluxma göstəricisi Aranda 13,4%, Abşeronda 12,9%, Gəncə-Qazaxda 8,2%, Şəki-Zaqatalada 3,1%, Quba-Xaçmazda 3%, Lənkəranda 2,9%, Dağlıq Şirvanda 2,5%, Yuxarı Qarabağda 1,4%, Naxçıvan Muxtar Respublikasında 0,4%-dir.
Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,4% təşkil edir.