Sağlamlıq

Poliklinikalardakı peyvənd otaqları barədə məlumat

Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə işçi qrupunun üzvü Aris Rüstəmov poliklinikalardakı peyvənd otaqları barədə danışıb

Vaksinasiyanı həyata keçirəcək tibb işçiləri üçün hər hansı təlim və ya kurs nəzərdə tutulubmu?

Vaksinlər təlim kursu keçmiş tibb işçiləri tərəfindən ediləcək. Peyvənd ediləcək poliklinikalarda tibb işçiləri seçilərək xüsusi kurslara cəlb olunub. Burada əsas məqsəd tələb olunan əhaliyə uyğun sayda tibb personalının olmasıdır.

Vasinasiya prosesi nece heyata keçiriləcək?

Vaksinasiya ilə bağlı poliklinikaya müraciət edən vətəndaşlar üçün bütün şərait və rahatlıq düşünülmüşdür. Poliklinikaya daxil olduğumuz zaman xüsusi işarələr bizi birbaşa peyvənd olunacaq sahəyə yönləndirir. Peyvəndlər xüsusi ayrılmış peyvənd otaqlarında həkim nəzarəti altında ediləcək. Bu otaqların sayı qeydiyyat otağı, vaksinasiya otağı və müşahidə otağı olaraq bölunmüşdür. İlk öncə müraciət edən vətəndaş qeydiyyat otağında qeydiyyata alınır. Daha sonra vaksinasiya otağına ötürülür. Peyvəndlənmə olunduqdan sonra 30 dəq ərzində vətəndaş müşahidə otağında yarana biləcək hər hansı bir əks təsirlə əlaqəli olaraq izlənməyə alınır. Bu müddət ərzində heç bir əlamət üzə çıxmazsa vətəndaş evə buraxılır.

Peyvəndlənmədən öncə vətəndaşlar üçün hər hansı bir prosedur qaydası varmı?

Peyvəndlənmə yalnız həkim yoxlanışı və göstərişi ilə ediləcək. Bu səbəbdən vaksinasiyadan öncə müvafiq olaraq sahə həkiminin yoxlanışından keçmək mütləqdir.

Peyvənd otaqlarında saxlanma şəraiti necədir?

Bir xüsusi məsələdə peyvəndlərin doğru saxlanılmasıdır. Bunun üçün vaksinasiya həyata keçiriləcək bütün tibb məntəqələri soyuducular və termoçantalarla təmin edilmişdir.

Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department