Sənaye

Neft ucuzlaşır - SON QİYMƏT

Joe Biden-in hakimiyyətə gəlişindən sonra ABŞ iqtisadiyyatına dəstək verəcək yeni tədbirlərin gözlənilməsinə baxmayaraq, dünya birjalarında neftin qiyməti azalıb.

ENA xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,10 ABŞ dolları və ya 0,19% azalaraq 53,47 dollar təşkil edib. Bir gün əvvəl fyuçerslər 0,66 dollar (1,3%) bahalaşaraq barreli 53,57 dollara yüksəldi.

ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,23 dollar və ya 0,41% azalaraq 56,19 dollar təşkil edib.14 yanvar tarixli ticarət nəticəsində bu müqavilələr 0,36 dollar (0,6%) artaraq bir barel üçün 56,42 dollar olmuşdu.

 

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department