Güzəştli kredit verilən sahibkarların sayı açıqlandı
“2020-ci il ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 908 sahibkara 127 milyon manatadək güzəştli kredit verilib”.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında paylaşım edib
“İqtisadiyyata güzəştli kredit dəstəyi çərçivəsində 2020-ci il ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 908 sahibkara 127 mln. manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 2 700-dən çox yeni iş yerinin açılması imkanı yaranıb”, – deyə o qeyd edib.
Telegram-dan izləyin! https://t.me/s/enaxeber