Aqrar

AQTA quşçuluq təsərrüfatında yoxlama keçirib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan məlumat əsasında Sumqayıt şəhəri, Sülh küçəsi 1 ünvanında yerləşən, "Murad Aqro" MMC-yə məxsus quşçuluq broyler təsərrüfatında yoxlama keçirib.

AQTA-dan verilən məlumata görə, yoxlama zamanı quşçuluq broyler təsərrüfatının normativ texniki sənədlərin tələblərinə əməl edilmədən fəaliyyət göstərdiyi aşkar olunub.

Müəssisədə istehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)