Hesabatlar

2020-ci ilin dövlət büdcəsi kəsirlə icra olundu

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin kəsiri 1 milyard 744 milyon manat təşkil edib. Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 24 milyard 673,1 milyon manat (2019-cu ilin göstəricisi ilə müqayisədə artım 1,9%), xərcləri 26 milyard 417,1 milyon manat (artım 8,2%) təşkil edib.

Ötən il Azərbaycanda ÜDM-in nominal həcmi 72 milyard 432,2 milyon manat təşkil edib. Beləliklə, 2020-ci ildə dövlət büdcəsinin kəsiri ÜDM-in 2,4%-ni təşkil edib.

2020-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 milyard 124 milyon manat, xərcləri üzrə proqnoz 27 milyard 492,2 milyon manat təşkil edib. Dövlət büdcəsinin kəsiri 3 milyard 368,2 milyon manat və ya ÜDM-in 4,9%-i səviyyəsində proqnozlaşdırılıb.

Beləliklə, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 102,3%, xərcləri üzrə proqnoz 96,3% icra olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)