BİZNES

Azərbaycanda eyni şəxsə məxsus 10 şirkət ləğv olunur

Azərbaycanda eyni hüquqi ünvanda dövlət qeydiyyatına alınmış "AFX İnvest", “Kral İnvestisiya”, "Faom", "Qafqaz Star", "Dəfnə F", "Tək Ulduz", "Barok", "Şah Holdinq", "Qoşa Qala" və "Qızıl Qala" MMC-lər ləğv olunduğunu elan edib.

Bu barədə Dövlət Vergi Xidmətinnə istinadən xəbər verilir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Sumqayıt şəhəri, Corat ŞTQ, ev 187A ünvanına bildirə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)