Moskva Yerevana 1 milyardlıq silah verib - İDDİA
Bu gün Moskvaya səfər edən Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya liderləri ilə görüşəcək.
ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səfər zamanı Paşinyanın Moskvadan 1 milyard 150 min dollar məbləğində kredit götürməsi gözlənilir.
“Rusiya 44 günlük müharibə zamanı Erməniatana məhz bu məbləğdə silah satmışdı. Rəhbərlik yardımın qarşılıqsız olması barədə xahiş belə etməyib”- deyə hökumətdəki mənbə açıqlama verib.
Beləliklə, Ermənistanın xarici borcu daha 1 milyard dollar məbləğində artmış olacaq.