Naxçıvanın Kərkin kəndi 5 günə Azərbaycana qaytarılır – Ermənistan mətbuatı
Ermənistan mətbuatı Azərbaycan və Ermənistan xüsusi xidmət orqanlarının rəhbərləri Armen Abazyanla Əli Nağıyevin Naxçıcanla sərhəd neytral ərazidə görüşündən yazır.
ENA.az xəbər verir ki, rəsmi Yerüvan görüşün baş tutuduğunu təsdiqləyib.
Görüşdə əsir və girov düşmüş şəxslərin qaytarılmasının müzakirə olunduğu bildirilib. Amma Ermənistan müediası Abazyan –Nağıyev görüşü zamanı Sədərək rayonunun Kərki kəndinin Azərbaycana qaytarılmasının müzakirə olunduğunu da əlavə edib.
“Yaxın 5 gün ərzində Tiqranaşen (Kərki) kəndinin Azərbaycana qaytarılması planlaşdırılır”- deyə xəbərdə deyilir