Sosial iqtisadiyyat

“Azəriqaz”ın işçiləri əmək haqlarının 10 %-ni “YAŞAT” Fonduna köçürür

Prezident İlham Əliyevin fərmanına əsasən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu yaradılıb. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları bu qurumun fəaliyyətinə dəstək olmaq üçün 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10%-i qədər Fondun hesabına ümumilikdə 509 608 manat vəsait köçürürlər.

Bu barədə qurumdan bildirilib.

"Azəriqaz” dövlətimiz üçün vacib olan mühüm çağırışlara daim hazır olub, bu işdə mümkün imkanlarını həmişə səfərbər edib. Belə ki, Vətən müharibəsi zamanı müzəffər Ordumuza dəstək nümayiş etdirən “Azəriqaz” əməkdaşları ötən ilin noyabrında Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manata yaxın yardım edib.

Eyni zamanda ölkənin müxtəlif regionlarından daxil olan müharibə qazisi və şəhid ailələrinin qaz təchizatına dair müraciətləri tez bir zamanda yerinə yetirilir. Bundan başqa ötən il dünyada yayılmış koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Azəriqaz”ın strateji rəhbərləri bir aylıq vəzifə əmək haqlarının 50%-i qədər vəsait köçürüb", - deyə məlumatda qeyd olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department