İsa Həbibbəyli vəzifəsindən azad olundu
![](https://ena.az/uploads/news/2021-01/_ena_1330a7a830825e2903dfe3a5b_o.jpg)
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub.
“ENA” xəbər verir ki, bu barədə AMEA-nın yanvarın 8-də keçirilən iclasında qərar qəbul edilib.
Belə ki, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib. Onlar AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər.
Akademik Dilqəm Tağıyev AMEA-nın birinci vitse-prezidenti seçilib.
Eyni zamanda akademik Vaqif Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.