Qarabağ

Paşinyanin Moskva səfəri Ermənistanda panika YARATDI

Ermənistanda baş nazir Nikol Paşinyanın 11 yanvarda Moskvaya edəcəyi səfərlə bağlı narahatlıq artıb.

ENA.az xəbər verir ki, Ədliyyə Nazirliyi qarşısında toplaşan müxalifətçilər Paşinyanın səfər zamanı Azərbaycana ərazi güzəştləri nəzərdə tutan müqaviləyə imza atacağını bildirirlər.

“Aydındır ki, yanvarın 11-də Paşinyan Moskvaya hansısa məsələ ətrafında danışıqlar aparmaq ya da hər hansı müqavilə imzalamaq üçün gedir. Səfər sirr saxlanılır və ehtimal edirəm ki, Paşinyan düşmənə Ermənistanın bir hissəsini verməyi düşünür”- deyə “Vətən” partiyasının şura üzvü Arsen Babayan deyib.

 

Etirazçılarla görüşə çıxan ədliyyə naziri Rüstəm Badasyan isə yayılan məlumatları inkar edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)