MSDIS Holding işçi axtarır - VAKANSİYA
MSDIS Holding
Vakansiyanın adı: Mal-material üzrə mühasib (anbar)
Vəzifə öhdəlikləri:
- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq
- Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək
- Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq
- Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək
- Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək
- Anbar sayımı və stok nəzarətini həyata keçirmək
Tələblər:
- Ali təhsilli (iqtisadiyyat/maliyyə üzrə)
- İstehsalat, tikinti və sənaye sahəsində minimum 1 il iş təcrübəsi
- Məhsulların kalkulyasiyası barədə məlumatı olmalı
- MS Office ( Excell-yüksək səviyyədə)
- Yaş həddi: 23-45
- Satış və anbar arasındakı koordinasiyasını bilməli
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı
Texniki Bacarıqlar:
-“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri
- Azərbaycan Respublikası Vergi Məcəlləsi
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: 600-800 AZN (müsahibə əsasında təyin olunur)
- Nahar verilir
- İş yeri: Abşeron ray., Hökməli qəsəbəsi (Atyalı)
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində " Mal-material üzrə mühasib (anbar)" qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.