Sığorta

"A-Qrup Sığorta"nın səhmdarları toplanır

Fevralın 19-da, saat 12:00-da “A-Qrup Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 87A ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "A-Qrup Sığorta"nın illik maliyyə hesabatlarının müzakirə edilməsi daxildir.

Xatırladaq ki, “A-Qroup Sığorta" 1995-ci ildə yaradılıb. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)