ENA+

Azərbaycanlı naziri vəzifəsinə bərpa etdilər

Roman Nəsirov Ukrayna Dövlət Fiskal Xidmətinin sədri vəzifəsinə bərpa edilib.
 
"BI", bunu  R.Nəsirovun vəkili  Lyubomir Drozdovski bildirib.
 
Vəkil deyib ki, bu haqda 11 dekabrda Kiyev Dairə İnzibati Məhkəməsi qərar qəbul edib.

 
Xatırladaq ki, 2017-ci ilin martında Ukrayna Dövlət Fiksal Xidmətinin rəhbəri vəzifəsindən kənarlaşdırılan Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinərək haqqında iki ay müddətinə həbs-qətiimkan tədbiri seçilmişdi. O, martın 16-da alternativ olaraq 100 milyon qriven girov qoymaqla azadlığa çıxmışdı.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)