Valyuta hərraclarında Dolların satışı kəskin artıb
![](https://ena.az/uploads/news/2021-01/_ena_858885f63f0f6dfde4c1dc0ab_o.jpg)
2020-ci ildə Dövlət Neft Fondu (ARDNF) 7 303,6 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
ENA.az” Fonda istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 10,8% çoxdur.
Təkcə ötən ilin dekabr ayında isə ARDNF-in valyuta satışının məbləği 637,7 milyon dollar təşkil edib. Bu isə əvvəlki ilin dekabr ayına nisbətən 28% azdır.