Performance Center Co işçi axtarır - MAAŞ 1500-2000 MANAT
“Performance Center Co” MMC Texniki xidmət bölməsinə “Mexanik” vəzifəsinə vakansiya elan edir.
Vəzifələr:
• Avtomobillərə texniki qulluq və təmir işinin yüksək səviyyədə təşkili;
• Avtoservisə daxil olan avtomobillərdə texniki nasazlığın müəyyənləşdirilməsi;
• Texniki qulluq və təmir işinin texniki heyət üzrə müvafiq şəkildə bölünməsi;
• Təmirdən sonra avtomobilə son texniki baxışın keçirilməsi, avtomobilin müştəriyə təhvil verilməsi;
• Göstərilən xidmətlərin keyfiyyəti, təkrar təmirlə bağlı müştəri müraciətlərinin araşdırılması.
Tələblər:
• Təhsil: Ali (bakalavr)
• Müvafiq sahədə 3 illik iş təcrübəsi;
• Əməyin mühafizəsinin qayda və normalarını bilmək;
• Avtonəqliyyat vasitələrinin və təmir avadanlıqlarının texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və istismarı qaydaları haqda geniş bilgiyə malik olmaq.
Əlavə məlumat:
• İş günləri: həftədə 6 gün
• İş saatı: 09:00-18:00
• Əmək haqqı: 1500-2000 AZN
Namizədlərdən öz tərcümeyi-halını hr@performance-center.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərməkləri xahiş olunur.