İnşaat və əmlak

Qəbələ RLS-in əmlakı qiymətləndiriləcək

"Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe" MMC əmlakının siyahıya alınması və qiymətləndirilməsi üçün kotirovka sorğusu elan edib.

ENA.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini yanvarın 5-i, saat 11:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (+99 450) 645-75-07 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, Qəbələ RLS 1985-ci ildə inşa edilib, 2013-cü ilə qədər Rusiyanın Müdafiə Nazirliyinin istismarında, 2013-2014-cü illərdə Azərbaycanın Müdafiə Nazirliyinin, ondan sonra isə dövlət əmlakı kimi Əmlak Məsələləri Dövlət Komitəsinin (indiki İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin - ƏMDX) balansında olub. Yeri gəlmişkən, stansiyanın idarə edilməsi ilə məşğul olan “Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe” də Dövlət Xidmətinə məxsusdur və bu il şirkətə dövlət büdcəsindən 1,2 milyon manat vəsait ayrılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)