Almaniyanın məşhur bankı Azərbaycandakı nümayəndəliyini ləğv edir

Almaniyanın məşhur bankı "Kommersbank AG" Azərbaycandakı nümayəndəliyini ləğv etdiyini elan edib.
ENA.az bu barədə İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Kreditorlar tələblərini 2 ay ərzində Baki şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A, (LANDMARK III, 13-cü Mərtəbə) ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Kommersbank AG" Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərir.