Hadisə

Paşinyan istefa verə biləcəyini bəyan etdi: öz hesabında bütün şərtləri açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə mövcud olan siyasi qüvvələri 2021-ci ildə növbədən kənar parlament seçkilərinin keçirilməsi üçün məsləhətləşmələrə çağırıb.

Bu barədə "RİA “Novosti” xəbər verir.

O FB səhifəsində yazıb: 

1.Baş nazirin istefasını tələb edən müxalifət xalqın dəstəyini tapmadı.

2.Müxalifətin vətəndaşlardan dəstək almaq üçün hər fürsəti var idi, amma uğursuz oldular.

3.Paşinyan baş nazir kürsüsündən yapışmır, amma xalqın ona həvalə etdiyi baş nazir postuna biganə yanaşa bilməz.

4.Ölkənin gələcək taleyini artıq xalq azad iradəsini ifadə edərək həll etməlidir.

5. Baş nazir özünü bu iradənin ifadəsində qarant hesab edir.

6. Paşinyan baş nazir postunu yalnız xalqın qərarı ilə tərk etməyə hazırdır.

7. İnsanların etimadı yenidən qazandığı halda belə bir çətin dövrdə dövlətə rəhbərliyə davam etməyə hazırdırlar.

 8. Erkən parlament seçkilərinin keçirilməsi bütün sualları cavablandıracaq.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)