MALİYYƏ

Azərbaycanın icmal büdcəsinin kəsiri 8%-ə yaxın azalıb

Azərbaycanın 2021-ci il icmal büdcəsinin gəlirləri 23 mlrd 828,1 mln manat proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1 mlrd 465,1 mln manat və ya 6,6 % çoxdur.

Bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.

Məlumata görə, icmal büdcənin xərcləri 31 mlrd 163,4 mln manat olacaqdır ki, bu da 2020-ci illə müqayisədə 855,1 milyon manat və ya 2,8% çoxdur.

Gələn ilin icmal büdcəsinin kəsiri 7 mlrd 335,3 mln manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 milyon manat və ya 7,7 % azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7 %-nə bərabər olacaqdır ki, bu da 2020-ci illə müqayisədə 1,4 % bəndi azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)