Qarabağ

Ermənilər Qafanı tərk edir – FOTOFAKT

Ermənistanın Zəngəzur bölgəsində yerləşən Qafan şəhərində yaşayan ermənilər evlərini yandırırlar.

ENA.az xəbər verir ki, bu barədə jurnalist Liya Sarksiyan məlumat verib.

Onun sözlərinə görə, bu gün şəhərin ətrafındakı strateji yüksəkliklərin Azərbaycana qaytarılması ilə şəhərdə yaşamaq mümkünsüz olacaq. Belə ki, Azərbaycan Ordusunun yeni mövqeləri Qafanın qeyri-yaşayış sahəsindən 100 metr, yaşayış sahələrindən isə 1 kilometr məsafədə yerləşəcək. Beləliklə, Qafan şəhəri və 13 kənd vizual nəzarət altına düşəcək.

Bununla razılaşmayan bəzi ermənilər evlərini yandıraraq Qafanı tərk edirlər. Hazırda Zəngəzur bölgəsində yaşayan digər ermənilər də təhlükəsizlik səbəbindən bölgəni tərk edərək Ermənistanın digər ərazilərinə köçməyi düşünür. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)