Tenderlər

“Yelo Bank” generator almaq üçün tender elan edir

“Yelo Bank” ASC inzibati binası üçün sinxron prinsiplə işləyən elektrik generatorların alınması məqsədilə açıq tender elan edir.

Generatorlar üzrə tələblər aşağıdakı kimidir:

Generator sayı – 3 ədəd

Generatorun iş prinsipi – sinxron

Generator gücü – 410 kVa

Sinxron panel – 1 ədəd

 

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:

  • Təqdim ediləcək məhsulun keyfiyyəti
  • Təklif ediləcək məhsulun qiyməti
  • İştirakçı şirkətin bu sahədə təcrübəsi
  • Təqdim edilmiş məhsullara verilən zəmanət müddəti
  • Müqavilənin icra müddəti
  • Avadanlıqlara texniki servis xidmətinin müddəti

 

  1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
  • Qiymət təklifi
  • İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
  • Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)

 

Tender təklifi

  1. Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
  • Tender təklifləri 24 Dekabr 2020-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
  • Zərflərin hər küncü möhürlənməlidir.
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
  1. Müqavilənin icra müddəti
  • Satınalma müqaviləsi tenderin qalibi elan edildikdən ən geci 60 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.
  • Satınalma müqaviləsinin qeyd olunmuş müddətdən daha qısa vaxt ərzində icra edilməsini bildirən iştirakçılar tender qaliblərinin müəyyən olunmasında müsbət rol oynacaqdır.

 

  1. Ödəniş və digər şərtlər
  • Təqdim ediləcək məhsullara minimum 1 il zəmanət verilməlidir.
  • Zəmanət müddətinin 1 ildən artıq olması tender qaliblərinin müəyyən olunmasında müsbət rol oynayacaqdır
  • Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% - ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.
  • Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 5-10%-i həcmində Bank zəmanəti təqdim etməlidir.
  • Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
  • Təklif avadanlıqların çatdırılma və quraşdırma qiymətlərini özündə əks etdirməlidir.
  • Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
  • Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
  • Müqavilə imzalanana qədər Bank satın alınacaq avadanlıqların sayınının artırılması və ya azaldılması hüququna malikdir.
  1. Satınalan təşkilatın ünvanı
  • Bakı ş. Puşkin küçəsi 30, AZ1010
  • Əlaqələndirici şəxslər:  Elşad F. Rəhimov, İnzibati və Təchizat departamentinin Baş mütəxəssisi 
  •  
  • +99412 981 daxili 1974

+99455 2140087

erahimov@yelo.az

 

  1. Tenderin nəticəsi haqqında məlumat

 

  • Tenderin nəticəsi haqqında məlumat tenderin hər bir iştirakçısına təqdim ediləcəkdir.
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)