Hesabatlar

Azərbaycan büdcəsində kəsir bağlandı və qalıq yarandı

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 22 241,1 milyon manat, xərcləri isə 22 162,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% və 9,9% çoxdur.

Son nəticədə büdcədə 78,4 milyon manat qalıq yaranıb. Xatırladaq ki, yanvar-oktyabr aylarının yekununda büdcədə 515 milyon manat kəsir var idi. Büdcədə qalıq yaranmasına səbəb isə son aylarda neftin bahalaşmasıdır. Qeyd edək ki, büdcədə neftin qiyməti 35 dollar tutulsa da, hazırda 44-51 dollar arasında dəyişir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)