Hesabatlar

Azərbaycandan kapital axını 44% artıb, ehtiyat aktivləri isə azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan kapital axını 3 milyard 403,1 milyon ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,9% çoxdur. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ehtiyat aktivlərinin ümumi dəyəri isə 1,8 milyard dollar azalıb. Ötən ilin eyni dövründə ölkənin ehtiyat aktivlərinin ümumi dəyəri isə 4,2 milyard dollar artmışdı.

Eyni zamanda, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xalis maliyyə öhdəliklərini 1 592,8 milyon ABŞ dolları məbləğində azaldıb. Göstərəcilərə əsasən, azalmanı xaricdən cəlb olunmuş xalis birbaşa investisiyaların 327,3 milyon ABŞ dolları azalması, neft bonusunun 451,6 milyon ABŞ dolları artması, portfel investisiyalarının 303,1 milyon ABŞ dolları azalması, digər investisiyaların isə 1 milyard 414 milyon ABŞ dolları azalması təmin edib.

Qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycanın xalis maliyyə öhdəlikləri 250,4 milyon ABŞ dolları artmışdı. Artımı xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalarım 304,2 milyon ABŞ dolları, neft bonusunun isə 450,8 milyon ABŞ dolları artması, portfel investisiyalarının 199,8 milyon ABŞ dolları, törəmə maliyyə alətlərinin 3,9 milyon ABŞ dolları, digər investisiyaların isə 300,9 milyon ABŞ dolları azalması təmin etmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)