Birja

Neft ucuzlaşır: OPEC proqnozları endirdi

Çərşənbə axşamı OPEC-in 2021-ci ildə neftə tələbat artımını azaltmasından sonra neft qiymətləri azaldı. ENA.az xəbər verir ki, London ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti bu gün səhər 9:50-ə qədər 49,90 dollar / barel təşkil edir ki, bu da əvvəlki sessiyanın sonundakı qiymətdən 0,39 dollar (0,76%) azdır. Bazar ertəsi günü edilən ticarət nəticəsində bu müqavilələr 0,32 dollar (0,6%) artaraq barel üçün 50,29 dollara yüksəlmişdi.

New York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə WTI xam neftinin yanvar ayı fyuçerslərinin qiyməti bu vaxta qədər 46,65 dollar / barel təşkil edib ki, bu da əvvəlki ticarət səviyyəsindən 0,34 dollar (0,72%) azdır. 

OPEC-in yenilənmiş proqnozuna görə, 2021-ci ildə qlobal neftə tələbat 5.9 milyon barel artacaq ki, bu da keçən ayın proqnozdan 0.35 milyon barel azdır və 96.89 milyon barel səviyyəsində olacaq. "Bu, COVID-19-un 2021-ci ilin birinci yarısında OECD ölkələrində nəqliyyat yanacaqlarına təsiri ilə bağlı qeyri-müəyyənliyi əks etdirir", - deyə OPEC yazır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)