Arçelik, yapon sanaye divini alır: Bloomberg məbləği də açıqlayıb
Türkiyənin böyük sənaye şirkəti olan Arcelik, Yaponiyada şirkət almaq üzrə olduğunu açıqlayıb. "Koç Holding"in tərkibindəki ağ məhsullar şirkəti Arçelik, Yapon sənaye nəhəngi Hitachi-ni almaq üçün danışıqlar apardığı xəbərini təsdiqləyib.
Açıqlamada bildirilib ki, “Hitachi Ltd ilə bu çərçivədə danışıqlar davam etsə də, İdarə Heyəti qərar almayıb və müqavilə imzalanmayıb.
Bloomberg yazır ki, Arçelik 500 milyon dollar dəyərində yatırım edərək, Hitachi-nin yüzdə 80-ini satın almaq üçün danışıqlar aparır.
Yaponiyanın xəbər agentliyi isə "Hitachi, Yaponiya xaricindəki ev alətləri hissəsinin yüzdə 60-ını Arçelik şirkətinə təxminən 300 milyon dollara satmaq üçün danışıqlar aparır", - deyə yazıb.