Sənaye

Gələn il iqtisadi inkişaf proqnozu necədir? - Proqnoz

2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 2,9% təşkil edəcək. Renaissance Capital şirkətinin analitikləri belə hesab edirlər.

“Apreldə qeyd etdiyimiz kimi, MDB+ regionun neft ixrac edən ölkələri COVİD-19 pandemiyası və xammalın qiymətinin qlobal ucuzlaşması kimi ikili şoka davam gətirmək üçün yaxşı hazılanmışdılar. Hesab edirik ki, Azərbaycan 2020-ci ili ÜDM-in 3,5% səviyyəsində tədricən azalması ilə başa vuracaq, bu da dünyanın əksər neft ixrac edən ölkələri, həmçinin MDB+ regionu üçün azdır”.

Renaissance Capital şirkətinin analitiklərinin qiymətləndirmələrinə görə, Azərbaycan orta kəsir ilə balanslaşdırılmış büdcəyə, dövlət borcunun rahat səviyyəsinə və neftin qiymətinin uzun zaman aşağı olduğu halda da sabitliyi təmin etmək üçün kifayət həcmdəı ehtiyatlara malikdir.

“Biz ölkənin suveren reytinqlərinin aşağı düşməsi üçün hər hansı mühüm risklər görmürük. 2021-ci ildə neftin qiymətinin bir barrel üçün 50 dollar səviyəsində olduğu və hasilatın həcminin tədricən artırılmasını nəzərdə tutulan baza ssenarimizdə bizim proqnozlarımıza əsasən, gələn il Azərbaycanda ÜDM-in artımı 2,9%-dək bərpa olunacaq”, - şirkətdən vurğulanıb.

Azərbaycan hökuməti dünya bazarlarında neftin qiymətindən asılı olaraq 2020-ci ilin yekunları üzrə ÜDM-in azalmasını 2,9%-4,3% səviyyəsində proqnozlaşdırır.

Azərbaycan İqtisadiyyat Nazirliyi 2021-ci ilə iqtisadi inkişafa dair 3 proqnoz ssenari hazırlayıb. Dünya neft bazarlarında qiymətlədən asılı olaraq ÜDM-in artımı 3%-dən 3,8%-dək təşkil edəcək.

Renaissance Capital – sərhədyanı və inkişaf edən ölkələrdə aparıcı müstəqil investisiya şirkətlərindən biridir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)