BİZNES

Yeni ildən milyonlar qazanırlar - SİYAHI

Dünya Ticarət Mərkəzinin məlumatına görə, 2017-ci ildə Polşa Milad bəzək əşyalarının dünyada dördüncü ən böyük ixracatçısı, Polşadan xaricə göndərilən bəzək əşyalarının dəyəri isə 66,3 milyon dollar olub.

Şamlar, elektrik işıqlandırma cihazları, təbii Yeni il yolkaları və onlar üçün altlıqlar istisna olmaqla, Yeni il bəzək əşyalarının çoxlu “Yeni il malları” kateqoriyasına aid edilir.

Polşadan beynəlxalq bazarlara göndərilən Milad əşyaları Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Niderlandda və Fransada çox populyardır. Bu malların ixrac edildiyi istiqamətlər siyahısında Azərbaycan, Kolumbiya və Cənubi Afrika Respublikasının da adları var.

Çin Yeni il mallarının satışı üzrə şəksiz liderdir. Malların bu kateqoriyasında ticarətin bütün həcminin 80 faizə qədəri Çindən ixracın payına düşür. Beynəlxalq bazarlara Milad bəzək əşyaları göndərən ikinci ən böyük ölkə Niderlanddır. 2017-ci ildə Niderlanddan bu malların satış həcmi 297 milyon ABŞ dollarına çatıb. Siyahıda üçüncü yeri Birləşmiş Ştatlar tutur: 2017-ci ildə buradan ixracın həcmi 71 milyon dollar olub. Liderlərin ilk beşliyinə Polşadan sonra Almaniya daxildir. 2017-ci ildə Almaniyadan bu malların satış həcmi 62 milyon ABŞ dollarına bərabər olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)