Koronavirusun ən yaxşı qarşısını alan ərzaqların adları açıqlanıb
Üzüm və yaşıl çaydakı kimyəvi birləşmələr koronavirusun insan orqanizmində yayılmasının qarşısını alır.
MK-nın məlumatına görə, Şimali Karolina Universitetinin (ABŞ) alimləri apardıqları araşdırmalardan sonra belə qənaətə gəliblər.
Onların tədqiqatlarının nəticələri “Frontiers in Plant Science” nəşrində dərc edilib.
Bildirilir ki, sözügedən məhsullarda SARS-CoV-2 proteaz-fermentlərini bloklaya bilən maddələr var.
Bundan əlavə, məlum olub ki, tünd şokolad və kakao da koronavirus fermentlərinin aktivliyini azaldır.