Bank

Yelo Bank işçi axtarır - VAKANSİYA

Bisnez Risklərinin İdarəedilməsi Departamentində Girov Əmlakının Qiymətləndirilməsi şöbəsində Şöbə müdiri” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Qiymətləndirmə_ŞM” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərlər.

Struktur: Bisnez Risklərinin İdarəedilməsi Departamenti / Girov Əmlakının Qiymətləndirilməsi şöbəsi
Vəzifə: Müdir
Bilavasitə tabeçiliyi: Departament direktoru

Vəzifə öhdəlikləri:

• Girovun təminatı kimi təklif olunan və ya bankın mülkiyyətində olan daşınmaz əmlakların ekspertizası
• Girov kimi təqdim edilən əmlakın eyniləşdirilməsi, texniki və mülkiyyət sənədləri ilə uyğunsuzluqların aşkar edilməsi, texniki qüsurların və qiymətə təsir edə biləcək digər amillərin müəyyənləşdirilib təhlil edilməsi;
• Girov predmeti olan əmlakın həqiqi bazar və asan satış (likvid) qiymətinin təyin edilməsi;
• Bankın daxili qaydalarında nəzərdə tutulduğu halda təminat kimi çıxış edən obyektə baxış keçirilməsi və şəkillərin çəkilməsi, girovun təqdim olunan sənədlərə uyğunluğunun və texniki göstəricilərinin yoxlanılması;
• Təqdim olunan əmlakın likvidlik dərəcəsinin təhlil olunması;
• Keçirilən ekspertiza haqda hesabatların hazırlanıb təqdim olunması (qiymətləndirmə aktı);
• Bankdankənar müstəqil qitmətləndirici şirkətlər tərəfindən təqdim olunan aktların təhlil olunması və yekun hesabatların hazırlanıb təqdim olunması;
• Girov qoyulmuş əmlakların hər il təkrar qiymətləndirilməsi və monitorinq olunması;
• Təqdim edilən kredit sifarişlərinin reyestrdə qeydiyyatının aparılması;
• Analitik hesabatlar yaradılması məqsədi ilə hesabatların hazırlanması;
• Əmlakın bankdaxili qaydalarda təyin edilmiş müddətdə və keyfiyyətli ekspertizanın həyata keçirilməsi, rəhbərlik etdiyi şöbənin effektiv iş fəaliyyətinin təşkil olunması;
• Şöbənin əməkdaşlarının keyfiyyətli və effektiv iş fəaliyyətinə nəzarət olunması;
• Şöbənin cari və uzunmüddətli məqsədlərini yerinə yetirilməsi üçün Şöbə əməkdaşlarına planların təyin edilməsi;
• İldə bir dəfədən az olmamaq şərti ilə əməkdaşlarının və bütövlüklə şöbənin fəaliyyətinin qiymətləndirilməsi;
• Şöbənin fəaliyyəti haqda hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
• Əmlakın qiymətləndirilməsi prosesində boşluqların müəyyən olunub onların aradan qaldırılmasında iştirak etmək;
• Bankın digər struktur bölmələri ilə effektiv əməkdaşlığın təşkil olunması;
• Bankdankənar müstəqil qiymətləndiriçilərin akkreditasiyası və seçilməsi prosesində iştirak etmək, bankdankənar qiymətləndiricilərnən iş fəaliyyətinin təşkil olunması və onların təqdim etdiyi işlərinin keyfiyyətinə və vaxtında yerinə yetilrilməsinə nəzarət etmək;
• Birbaşa rəhbərin tapşırığı ilə digər tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

• Bankın dəyərlərinə uyğun işlərin təşkili;
• Ali təhsil;
• Aidiyyatı sahə üzrə (maliyyə təşkilatlarının qiymətləndirmə şöbəsində və ya qiymətləndirmə şirkətlərində təcrübə) 5 il iş təcrübəsi (idarəetmə təcrübəsi arzuolunandır);
• Aidiyyatı sahə üzrə sertifakatların (diplomların) olması arzuolunandır;
• Yüksək dərəcədə analitik qabiliyyət
• Təşkilatçılıq bacarığı;
• Səmərəli ünsiyyətqurma bacarığı;
• Komanda ilə işləmə bacarığı;
• İşlərini planlaşdırmaq bacarığı;
• Məsuliyyətlilik.

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Əmək qanunvericiliyinə uyğun iş şəraiti;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department