Ərdoğan Qələbə paradında iştirak edəcək
![](https://ena.az/uploads/news/2020-12/_ena_f5633a510bb5c702dffe201ed_o.jpg)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ayın 10-da Bakıda keçiriləcək Qələbə paradında iştirak edəcək.
ENA.az saytı xəbər verir ki, bu barədə Türkiyə telekanalları məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə dekabrın 10-da Bakının Azadlıq Meydanında hərbi parad keçiriləcək.