Axtar

İşdə çox danışan birini necə dayandıra bilərsiniz?

İş yoldaşınız, sevdiyiniz şəxs, dostunuz sizi çox danışmaqla narahat edirsə bu ümumi beş addımı atmaq lazımdır. Bunlar sizə kömək ola bilər.

1. Birinci, dinləyin - amma çox yox. Dinləyərkən bu şəxsin nəyi danışmağa çalışdığını özünüz üçün formalaşdırmağa çalışın. O, sözləri ilə doğrudan da sizi heyran edirmi?

2. Bir müddət dinlədikdən və danışmağa çalışdıqları məsələləri aydınlaşdırdıqdan sonra, sözünü kəsərsəniz narahat olub-olmayacaqlarını soruşun. Əksinə o, yox, yox mən çox danışıram, sən davam et deyə bilərlər. Nəzakət səbəbindən bu fikri inkar etməyin, bu hər ikinizin də fikrini yayındıracaq. Əgər siz onun sözünü kəsməyə çalışsanız, deyə bilərlər ki, fikrimi bitirsəm olar? Əlbəttə ki, qarşıdakı şəxsin çox danışdıqlarından narahat olarlarsa, onu hər kəs öz üslubu ilə edə bilər. Onların fikirlərini bitirmələrinə icazə verin, onsuz da başqa bir yolunuz yoxdur. Yox əgər, yeni bir mövzuya keçirsə, bu halda onun fikirlərini davam etməsini dayandırın.

3. Sözünü kəsdiyiniz zaman, onun dediyi fikirlər barəsində bir neçə cümlə deməyə hazır olun. Dərin bir psixoloji açıqlamaya getməyin. Daha çox çalışın fikirləriniz sadə olsun və onun söylədiyi fikirlərə qarşı müsbət bir geridönüş olsun. Sizin haqqında danışmağa çalışsalar təəccüblənməyin. Çünki bir çox insan tənqid olunmaqdan qorxduqları üçün hamı haqqında danışmağı sevirlər. Yenə də gözlə, mən düşüncələrimi indi bitirmək istəyirəm deyin və sonra olar haqqında nə deyəcəyinizi düşünün.

4. Onlar haqqında bir şərh ilə kifayətlənməyin. Onların fikirlərini başa düşdüyünüzü təsdiq edən təcrübələrinizi bölüşün. Oxşar hadisə, hisslər, maraqlı hekayələr haqqında fikirlərinizi bölüşün. Ancaq çalışın ki, söylədikləriniz qarşındakı şəxsin dedikləri ilə bağlantılı olsun.

5. Söhbət uzandığı zaman onu dayandırın. Onu daha çox zaman ayıra bilməyəcəyinizə görə, təəssüfünüzü bildirin. Amma siz də bundan narahat olmayın, axı sizin də görməli olduğunuz işlər var, söhbəti sonra da davam edə bilərsiniz. Və söhbətə davam etmək üçün geri qayıdacağını düşündüyünüz şəxsdirsə, yaxşı olar ki, “Bağışla, indi çox məşğulam” deyə bilməlisiniz. Çünki nəticədə sizin də öz sərhədlərinizi qorumaq haqqınız var.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33