Crocus Trading işçi axtarır - VAKANSİYA
Crocus Trading – Croplast boru istehsal zavodu Kargüzar vakansıyası elan edir.
Əmək haqqı: 700 AZN
İŞİN TƏSVİRİ:
- İdarəetmə orqanlarının iclaslarında katiblik edir, protokol və protokoldan çıxarışları hazırlayır;
- Kargüzarlığın aparılması, o cümlədən sənədlərin hazırlanması, qeydiyyatı, hərəkəti, icrası, uçotu, qaydaya (nizama) salınmasını həyata keçirir;
- Sənədlərin surətini çıxarır, çoxaldır, skan (elektron surət) edir;
- Sənədlərlə iş və sənəd dövriyyəsi prosesində mütərəqqi texnologiyaların tətbiqinə dair təkliflər verir;
- Kargüzarlığın aparılmasına dair hüquqi aktlarda nəzərdə tutulmuş digər vəzifələri icra edir.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Müvafiq sahədə 1 il iş təcrübəsi;
- Kargüzarlığın aparılmasına dair normativ aktlar üzrə biliklər;
- Yüksək səviyyədə Azərbaycan dili biliyi, Rus dili bilii;
- Güclü MS Office – Excel bilikləri;
- Məsuliyyət, kreativlik, operativlik, komandada və gərgin iş rejimində işləmək bacarığı.
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
- Ünvan: Bakı şəhəri, Ziya Bünyadov 22/90 (Dərnəgül şossesi)
Qeyd olunan tələblər uyğun namizədlər recruitment@seabreeze.az elektron ünvanına CV göndərə bilərlər.