Azərbaycanda qeyri-neft sektorundakı - ƏN BÖYÜK LAYİHƏ
Çinin “China CAMC Engineering Co Ltd” şirkəti ilə “Baku Steel Company” arasında Gəncədə metallurgiya zavodları kompleksinin inşası üçün baş podratçı müqaviləsi imzalanıb.
1,17 milyard ABŞ dolları dəyəri olan müqaviləni “China CAMC Engineering”in vitse-prezidenti Van Yuhan və “Baku Steel Company”nin vitse-prezidenti Mərdan Əliyev imzalayıblar. İmzalanma mərasimində Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı iştirak edib.
Beş zavoddan ibarət kompleks barədə məlumat verən “CAMCE”nin Bakı ofisinin rəhbəri Kənan Quluzadə bildirib ki, Gəncədə 93 hektarlıq ərazidə tikiləcək “Azerbaijan Intergrated Steel Mill Complex” ölkəmizdə qeyri-neft sektorundakı ən böyük layihədir.
Kompleksin 42 ay davam edəcək inşaat işlərinə 10 min nəfər cəlb olunacaq.
Əsasən İtaliyanın “Danilei” şirkətinin avadanlığının quraşdırılacağı kompleks təhvil verildikdən sonra burada təxminən 5 min nəfər daimi işlə təmin olunacaq. Bu, həm də Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ən böyük layihələrdən biridir. Əminəm ki, layihəmiz iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək.