Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzi ilə bağlı memorandum imzalandı
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan ilə Ermənistan arasında atəşkəsin icrasını ən qısa müddətdə izləmək və nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Mərkəzinin aktivləşdirilməsi üçün lazımi işlərin aparıldığını açıqlayıb.
ENA.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.
“Türk-Rus Birgə Mərkəzinin yaradılması və vəzifə prinsipləri ilə əlaqədar texniki detallarla bağlı müzakirələr tamamlandı və bir memorandum imzalandı. Mərkəzin ən qısa müddətdə aktivləşdirilməsi üçün lazımi işlər aparılır”,- deyə məlumatda qeyd olunub.