İnşaat və əmlak

Bakıda 19 hektarda yeni yaşayış kompleksi salınır – 7 şirkətə 90 milyon manat ayrıldı

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyət 7 şirkətlə 90 milyon manatlıq müqavilə bağlayıb.

ENA.az xəbər verir ki, şirkətlər Yar İnşaat Təmir Tikinti MMC (Bakinşaat Group MMC konsorsium), DDlar İnşaat QSC (TAVV Construction MMC konsorsium), Hovers Group MMC, GM Construction MMC, (Faktor Qrup-S MMC konsorsium), Hünər İnşaat Firması, HN Construction MMC-dir.

59 və 60 nömrəli 9 mərtəbəli 2 bloklu, 58 nömrəli 12 mərtəbəli bir bloklu yaşayış binalarının, 56 və 57 nömrəli 9 mərtəbəli 2 bloklu, 55 nömrəli 12 mərtəbəli bir bloklu, 47, 48, 50 və 51 nömrəli 9 mərtəbəli 2 bloklu, 49 və 52 nömrəli 12 mərtəbəli bir bloklu , 24, 25, 27 və 28 nömrəli 9 mərtəbəli 2 bloklu, 23 və 26 nömrəli 12 mərtəbəli bir bloklu,42, 43, 45 və 46 nömrəli 9 mərtəbəli 2 bloklu, 41 və 44 nömrəli 12 mərtəbəli bir bloklu , 32, 33, 35 və 36 nömrəli 9 mərtəbəli 2 bloklu, 34 və 37 nömrəli 12 mərtəbəli bir bloklu yaşayış binalarının tikintisi nəzərdə tutulub.

Bu binaların tikintisi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə yaşayış kompleksində olacaq.

Yaşayış binalarının tikintisi nəzərdə tutulan müqavilələrin cəmi məbləği isə 89 milyon 573 min 598 manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)