Vakansiyalar

AT-Geotech işçi axtarır - MAAŞ 1000-1500 MANAT

AT GEOTECH QSC namizədləri “İnsan resursları üzrə menecer” vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Vəzifə öhdəlikləri:

• Yaxşı səviyyədə Əmək Qanunvericiliyi biliyi
• Müasir HR metodologiya və yanaşmalar ( KPİ, Performance evolution, səriştələrin idarə edilməsi, təlim, karyera planlama) haqda məlumatlılıq. (Öncəki iş təcrübəsində bu kimi keyfiyyətlərin tətbiq edilməsi üstünlükdür)
• Müsahibə aparma (recruiting) bacarıqları
• İşlərin koordinasiyası və səmərəliliyinin artırılması üçün fəaliyyətin təşkili, effektiv iş bölgüsünün aparılması;
• Şöbədaxili əməkdaşların fəaliyyətinə və verilmiş tapşırıqların icrasına nəzarət edilməsi;
• Şöbənin fəaliyyət istiqamətinə uyğun təhlillərin aparılması, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
• Rəhbərliyin qərar, əmr və göstərişlərinin vaxtında və düzgün icra edilməsinə, şöbənin əməkdaşlarının daxili icra və əmək intizamı qaydalarına riayət etməsinə nəzarət edilməsi;
• Zərurət olduqda fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
• Şirkətin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

Tələblər:

• İnsan resursları sahəsində 5 ildən az olmayaraq, rəhbər və idarəetmə vəzifəsi üzrə isə 3 ildən az olmayaraq peşəkar iş təcrübəsi;
• Komanda daxilində işləmək bacarığı;
• Əməliyyatların aparılması üzrə yüksək motivasiyalı iş prinsipinin olması;
• Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı;
• Azərbaycan və İngilis dillərində şifahi, yazılı və fərdi ünsiyyət bacarıqları (Rus dili arzuediləndir);
• İşçi qruplarının idarə edilməsində, eləcə də yeni təşəbbüslərdə liderlik bacarıqlarının nümayiş etdirilməsi.
• Rəhbərliyin tapşırığına uyğun olaraq ofis daxilində digər administrativ işlərin yerinə yetirilməsi.
• Analitik düşünmə və problemləri həll etmə və liderlik bacarıqları;
• Məsuliyyət, nizam-intizam və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq

İş şəraiti:

• 6 nəfərlik komandaya rəhbərlik
• 6 günlük iş həftəsi
• İş vaxtı: 09:00 - 18:00, şənbə yarım gün
• Korporativ nömrə və danışıq limiti
• Ofis Xırdalanda yerləşir
• Əmək haqqı namizədin bilik və bacarığına əsasən dəyişəcəkdir: 1000-1500 AZN

QEYD: İşə qəbul proseduruna uyğun olaraq vakansiya üzrə namizəd seçimi testləşdirmə və bir neçə mərhələdən ibarət olmaqla müsahibə əsasında həyata keçirilir:

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) hr@at-geotech.com elektron ünvanına mövzu hissəsində “İnsan resursları üzrə menecer” qeyd etməklə göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department