BİZNES

Bayram günlərində çalışan işçilərinə 500 mln. dollar bonus ödəyəcək

“Amazon” şirkəti dekabrın bayram günlərində çalışan işçilərinə 500 milyon dollar təzminat ödəyəcəyini açıqlayıb: tam gün işləyənlərə 300 dollar, yarım gün işləyənlərə isə 150 dollar.

ENA.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bonus eyni zamanda anbar işçilərinə və kuryer-sürücülərə də veriləcək. “Amazon Flex” vasitəsilə çalışan ştatdan kənar sürücülər 100 dollar bonus alacaqlar.

Xatırladaq ki, bu ilin noyabr ayından başlayaraq şirkət işçilərinə 30 min dollara qədər bonus ödəməyə başlayıb. Bu, əməkdaşlar arasında narazılıqların olmasına gətirib çıxarıb. Bunun fonunda ABŞ-ın Alabama ştatındakı işçilər öz hüquqlarını qorumaq üçün və Həmkarlar İttifaqını yaratmaq üçün Milli Əmək Münasibətləri Şurasına müraciət etdilər.

Bundan əlavə, iyun ayında “Amazon” pandemiya səbəbindən təhlükəli şəraitdə çalışdıqlarına görə işçilərə hər saat başına 2 dollar əlavə ödənişi dayandırıb. Bu da etirazlara səbəb olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)