Bank

Azərbaycanın dövlət banklarının kredit qoyuluşunda payı 18%-ə çatıb

Bu il oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 785,9 milyon manat təşkil edib.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% çoxdur.

Kredit qoyuluşunun 11 741,8 milyon manatı və yaxud 79,4%-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 0,8% çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 667,5 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 10% çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 16,8%-dən 18%-ə qalxıb.

Oktyabrın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredi qoyuluşu isə 376,6 milyon manat olub. Bu isə illik müqayisədə 1,5% çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,5% təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department