Bank Respublika işçi axtarır - VAKANSİYA
“Bank Respublika” ASC Korporativ Satışlar Departamentində Biznesə dəstək şöbəsinin mütəxəssisi vakansiyasını elan edir.
Ümumi vəzifə öhdəlikləri:
• Mövcud kredit və qeyri kredit məhsulları üzrə proseslərin optimallaşdırılması və rəqəmsallaşdırılması;
• Bonus (mükafatlandırma) sisteminin hazırlanması və təkmilləşdirilməsi;
• Bazar araşdırmalarının təhlili əsasında kredit və qeyri-kredit məhsullarının yaradılması və həmin məhsullar üzrə prosedurların və təlimatların hazırlanması;
• Tələb olunan hesabatların təhlili və aidiyyəti üzrə sifariş verilməsi;
• Aylıq, rüblük və illik biznes planların hazırlanması;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə qarşı tələblər:
• Ali təhsil (iqtisadiyyat üzrə təhsil arzuolunandır);
• Kredit və ya qeyri-kredit sahəsi üzrə iş təcrubəsi mütləqdir;
• Yüksək “excel” bilikləri;
• İrihəcmli verilənlər bazası ilə işləmə bacarığı;
• IT layihələrdə işləmə təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dillərinin yaxşı səviyyədə olması mütləqdir;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11 dekabr 2020-ci il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznesə dəstək şöbəsinin mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.