Ermənilər Ağdamdan əşyalarını çıxartmaq üçün hərbçilərimizdən kömək istədilər - VİDEO
Ağdamın Gülablı kəndi Azərbaycana təhvil verilərəkən burada məskunlaşan ermənilər əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərinə müraciət ediblər.
ENA.az-ın məlumatına görə, yüksək insanvərvərlik, humanistlik nümayiş etdirən hərbçilərimiz onlara yardım edib. Əşyalarını, mal-qaranı toplayıb kəndi tərk etməyə imkan yaradıb.
Eləcə də bax: Kəlbəcəri sonuncu ermənilər də tərk etdi – VİDEO
Bu bir daha onu göstərir ki, Azərbaycan ordusu heç vaxt mülki əhaliyə qarşı pis davranmayıb, əksinə yardım göstərib.
Qeyd edək ki, üçtərəfli bəyanata görə, Ağdam rayonu noyabrın 20-də Azərbaycana təhvil verilib.