Koçaryan yenidən həbs olunacaq

Ermənistan Appelasiya Məhkəməsi eks-prezident Robert Koçaryanın zaminə buraxılması barədə birinci instansiya məhkəməsinin qərarını ləğv edib.
"BI" xəbər verir ki, bu barədə siyasətçinin vəkili Ayk Alumyan jurnalistlərə açıqlamasında deyib.
Məhkəmə işi noyabrın 27-də başlayıb. İclasda 6 nəfər, o cümlədən Baş prokuror Artur Davtyan da qatılıb. Robert Koçaryan 10 nəfərin ölülünə səbəb olan 2008-ci il 1 mart hadisələri zamanı kütləyə güc tətbiq edilməsi barədə göstəriş verməkdə ittiham olunur.