Sosial iqtisadiyyat

Bakıda icra başçısına xanım müavin təyin edilib

Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısına yeni xanım müavin təyin edildi.

ENA.az Banker.az-a istinadən xəbər verir ki, bununla bağlı Binəqədi RİH başçısı Elxan Allahverdiyev müvafiq əmr imzalayıb.

İcra başçsının yeni müavini Süleymanova Sevinc Məhəmməd qızıdır. Buna qədər isə adıçəkilən vəzifə vakant idi.

Süleymanova S.M. bundan öncə Rayon Gənclər və İdman İdarəsinin rəis müavini kimi çalışırdı.

Xatırladaq ki, Binəqədi RİH başçısının hazırda birinci müavini ilə yanaşı iki müavini olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)